“Kəpəz”in futbolçusuna 2 oyunluq cəza
- 15:20
- 34
AFFA İntizam Komitəsinin iclası keçirildi
Rekord.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 21-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“İmişli” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilib.
“Sabah” – “Kəpəz” oyununun 90+8-ci dəqiqəsində “Kəpəz” komandasının 88 nömrəli futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, “Kəpəz” komandası 1000 manat cərimə edilib.