
“Kəpəz”in futbolçusu Malta millisinə dəvət aldı
- 07 Mar 2025 14:45
- 195
"Kəpəz"in futbolçusu Trent Buhaqyar Malta millisinə dəvət alıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün yığmaya çağırılıb.
Malta G qrupunda martın 21-də evdə Finlandiya, 24-də isə səfərdə Polşa ilə qarşılaşacaq.