“Kəpəz”in futbolçusu 6 oyunluq cəza aldı
- 16:20
- 39
AFFA İntizam Komitəsinin iclası keçirildi
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 17-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qəbələ-2” – “Neftçi-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qəbələ-2” komandası 200 manat cərimə edilib.
“Zirə-2” – “Qarabağ-2” oyununda “Zirə-2” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilib. Oyunun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Zirə-2” komandası 150 manat cərimə edilib.
“Kəpəz-2” – “Sabah-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilib. “Kəpəz-2” komandasının futbolçusu Nihad İsaqov təcavüzkar davranışa, eyni zamanda rəqibi buna təhrik etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 6 oyun cəza alıb, “Kəpəz-2” komandası 300 manat cərimə edilib. “Sabah-2” komandasının futbolçusu Həmzəalı Mikayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb, “Sabah-2” komandası 150 manat cərimə edilib. “Sabah-2” komandasının məşqçisi Din Haliloviç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb, “Sabah-2” komandası 500 manat cərimə edilib.
“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununun qapı torunda problem olduğuna görə matç gec başladığı üçün “Sumqayıt-2” komandası 200 manat cərimə edilib.