AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 34-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.


“Sabah” – “Şamaxı” oyununda əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” 500 manat cərimə edilib.


“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” klubu 700 manat cərimə edilib.


“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Kəpəz” klubu 1000 manat cərimə edilib.


“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Kəpəz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” klubu 1500 manat cərimə edilib.


“Kəpəz” – “Sumqayıt” oyununun 89-cu dəqiqəsində “Sumqayıt” klubunun 94 nömrəli oyunçusu Rəşad Əzizli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sumqayıt” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.


“Kəpəz” – “Sumqayıt” oyununun 89-cu dəqiqəsində “Sumqayıt” klubunun 6 nömrəli oyunçusu Vüqar Mustafayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sumqayıt” 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.