“Karvan” infrastruktur layihələrini davam etdirir.

Rekord.az xəbər verir ki, yeni bazasını istifadəyə verən rəhbərlik hazırda fan şopun tikintisini davam etdirir.

Daha sonra isə hazırkı ehtiyat meydançanın yerində 1500 nəfərlik tutuma malik təbii örtüklü meydança inşa olunacaq. Onu da deyək ki, bütün bu işlər komandanın  Premyer Liqadakı çıxışlarından asılı olmayacaq. Yəni “Karvan” cari mövsümün sonunda elitanı tərk etsə də, işlər sonuna qədərd avam etiriləcək.