"Karvan" I Liqaya düşsə...
- 14:00
- 53
"Karvan" sonuncu pillədə olmasına və qələbəyə həsrət qalmasına baxmayaraq, baş məşqçi Füzuli Məmmədovla yola davam edəcək.
Rekord.az xəbər verir ki, bununla bağlı rəsmi açıqlama da yayıblar.
Bizim əldə etdiyimiz məlumata görə isə, hətta komanda I Liqaya düşsə belə, rəhbərlik Məmmədovla yola davam etmək niyyətindədir. Yəni komandanı I Liqada hazırlayıb yenidən Premyer Liqaya qayıtmağı da bu məşqçiyə həvalə etməyi düşünürlər.