Dünya Çempionatında 2 qrupda ikinci turun oyunları yekunlaşıb.


Rekord.az xəbər verir ki, nəticədə pley-offa vəsiqə qazanan komandalardan birinin adına erkən aydınlıq gəlib.


Gecə matçlarında hər iki meydn sahibi top buraxmadan qalib gəlib. Kanada Qətəri darmadağın edərək istəyinə çatıbsa, Meksikaya bir qol bəs edib. Cənubi Koreya üzərində qələbə meksikalıları 1/16 finala yüksəldib.


A qrupu

Meksika – Cənubi Koreya 1:0

Qol: Luis Romo, 50.


B qrupu

Kanada – Qətər 6:0

Qollar: Kayn Larin, 16. Conatan David, 28; 45+3; 90+2. Natan Saliba,  64. Mohammad Əl-Mannai, 75-avtoqol.