Jali Muaddib: "Qarabağ"a keçmək qərarını bir günün içində verdim" - MÜSAHİBƏ
- 11:00
- 49
"Qarabağ"ın futbolçusu Jali Muaddib "Zirə" ilə yoxlama görüşündən (4:3) sonra Rekord.az-a müsahibı verib:
- "Qarabağ"a gəlişi necə alındı, öncə bundan başlayaq...
- Mən Cənubi Kİiprdə oynayırdım və təklif gəldi, mən də ailəmlə məsləhətləşib gəlmək qərarını verdim. Bilirdim ki, komanda son illər davamlı avrokuboklarda oynayır, uğurlu nəticələri var. Fəxr edirım ki, bu kluba qatılmışam.
- Başqa təkliflərin var idi?
- Bəli.
- Adaptasiya dövrü necə keçdi?
- Sözsüz ki, yeni komandaya gələndə çətinlik çəkirsən. Amma sağ olsun, burdakı komanda yoldaşlarım bu baxımdan mənə çox kömək oldular və onların sayəsində uyğunlaşma prosesi elə də uzun çəkmədi.
- Azərbaycan çempionatı haqda nə dərəcədə məlumatlısan və buradakı hədəflərin nədir?
- "Qarabağ" mənimlə keçən ildən maraqlanmağa başladığı üçün mən də həmin vaxtdan Azərbaycan çempionatı ilə marqlanmağa başladım. Bilirəm ki, son mövsüm çox gərgin çempionat keçdi, "Sabah", "Neftçi" gücləniblər.
- Avropa Liqasın dakı rəqibiniz məlumdu, bu haqda nə deyə bilərsən?
- Bizdə olan məlumat odur ki, rəqib I Liqa komandasıdır, ölkə kubokunu qazanıblar. Bu turnirdə zəif komanda yoxdur, hər bir rəqibə qarşı oynamaq lazımdır. Əlimizdən gələni edəcəyik ki, rəqibi məğlub edək və növbəti mərhələyə adlayaq.
- "Qarabağ"ı seçməyində əsas səbəb nə oldu?
- Bu qərarı bir günün içində verdim. Bilirəm ki, "Qarabağ" strukturu olan klubdur, baş məşqçi uzun müddətdir burada işləyir.
- Qurban Qurbanovun sizdən gözləntiləri nədir?
- Uzun danışıq üçün vaxtımız olmayıb. Əsas gözləntisi odur ki, mən komandaya kömək edim. Mən də bunun üçün əlimdən gələni edəcəm.
- "Qarabağ"dan başqa digər Azərbaycan klublarından təklif almısan?
- Rəsmi olaraq yox.