Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kuman dünya çempionatının F qrupunun 2-ci turunda İsveçlə oyunun vacib olduğunu bildirib.


Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis bunu matçdan sonra mətbuat konfransında deyib.


O, oyunçuların təzyiq hiss etmədiyini söyləyib:


"Bunun vacib oyun olduğunu bilirdim. Oyunçularımız təzyiq hiss etmədiklərini göstərdilər. Bu görüşdə mütləq qələbə qazanmalıydıq. Artıq növbəti matça köklənəcəyik".


Xatırladaq ki, Niderland seçməsi İsveçi 5:1 hesabı ilə məğlub edib.