"Rayo Valyekano" klubunun yeni baş məşqçisi müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb. Klub Benyat San-Xose Xili ilə razılıq əldə edib. 


53 yaşlı mütəxəssis son olaraq "Eybar" klubunu çalışdırıb.


Xatırladaq ki, "Rayo Valyekano" ötən mövsüm La Liqanı 8-ci pillədə başa vurub.