Ekvador millisinin DÇ-2026-dakı taleyi son oyundan asılıdır.


Rekord.az xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Sebastyan Bekkasese Kurasao yığmasına qarşı mundialın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.


Mütəxəssis heç-heçə bitən qarşılaşmanı şərh edib:


"Qələbə üçün kifayət qədər imkan yaratdıq, lakin son nöqtəni qoya bilmədik. İndi taleyimiz son oyundan asılıdır və Almaniya ilə görüşdə maksimum nəticə qazanmağa çalışacağıq. İnanırıq ki, şans bizim yanımızda olacaq".


Qeyd edək ki, Ekvador millisi Kurasao ilə 0:0 hesablı heç-heçə edib.