AFFA yeni mövsümdən I Liqa ilə bağlı tələbləri artıracaq.

Rekord.az xəbər verir ki, bura xüsusi ilə infrastrukturla bağlı tələblər daxil ediləcək.

Son illərdə Premyer Liqaya vəsiqə qazanan klubların stadionla bağlı ciddi problemlər yaşaması federasiyanı bu addımı atmağa məcbur edir. Bundan sonra I Liqada da klublara stadionla bağlı ciddi tələblər qoyulacaq. Hər komandanın stadionu ən azı minimum tələblərə cavab verməlidir. Xüsusilə Premyer Liqaya iddialı klubların stadionları. AFFA bu tələbləri ona görə qoyur ki, gələcəkdə "İmişli" ilə bağlı yaşanan problemlər təkrarlanmasın.