I Divizionda çıxış edən bəzi klublarla bağlı maraqlı məlumat əldə etmişik.

Rekord.az-a ötürülən məlumata görə, AFFA divizion klublarına olan diqqətini ildən ilə azaldır.

Hətta iş o yerə çatıb ki, komandalar yeni toplarla da təmin olunmur. Bu üzdən də köhnədən qalan topların ümidinə qalıblar. Tək toplar yox, inventarlar, geyim dəstlərinin əksəriyyəti də köhnədir. I Divizion təmsilçiləri ümid edir ki, federasiya yeni mövsümün startına kimi, bu məsələdə onlara kömək edəcək.