“Yaxşı oyun oldu. Hər iki komandanı buna görə təbrik edirəm”. 


Rekord.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün “Sabah”a qarşı Misli Premyer Liqasının 35-ci turunun ev oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında bildirib.


Onun dediyinə görə, turnir cədvəlində bütün vəzifələrini artıq yerinə yetirmələrinə baxmayaraq, hər oyuna maksimum nəticə üçün çıxırlar: “Amma hazırda nəticədən çox oyunun özü bizi maraqlandırır”.


Sadıqov qeyd edib ki, ikinci hissədə komandasından gözlədiyi oyunu görüb: “Bəli, rəqibin təhlükəli epizodları oldu, amma biz intizamı qoruyaraq diqqətıi oyun sərgilədik”.