AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 34-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.


“Sabah-2” – “Şamaxı-2” oyununun 2-ci dəqiqəsində “Sabah-2” komandasının 94 nömrəli oyunçusu Rəvan Mirzəmmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sabah-2” komandası 100 manat cərimə edilib.


“Sabah-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilib.


“Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilib.


“Turan Tovuz-2” – “Neftçi-2” oyununun 59-cu dəqiqəsində “Turan Tovuz-2” komandasının 57 nömrəli futbolçusu Cavid Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Turan Tovuz-2” komandası 300 manat cərimə edilib.


“Turan Tovuz-2” – “Neftçi-2” oyununun 63-cü dəqiqəsində “Turan Tovuz-2” komandasının 42 nömrəli futbolçusu İsmayıl İsmayılov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Turan Tovuz-2” komandası 150 manat cərimə edilib.


“Turan Tovuz-2” – “Neftçi-2” oyununun 83-cü dəqiqəsində “Turan Tovuz-2” komandasının 97 nömrəli futbolçusu Fərid Cəfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Turan Tovuz-2” komandası 50 manat cərimə edilib.


“Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Turan Tovuz-2” komandasında 3 futbolçu qırmızı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 300 manat cərimə edilib.


“Turan Tovuz-2” – “Neftçi-2” oyunu bitdikdən sonra “Turan Tovuz-2” komandasının məşqçisi Ruslan Məmmədov hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanıb, “Turan Tovuz-2” komandası 400 manat cərimə edilib.


“Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilib.


“Səbail-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün  “Zirə-2” komandası 70 manat cərimə edilib.


“Kəpəz-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilib.


“Kəpəz-2” – “Sumqayıt-2” oyununun 39-cu dəqiqəsində “Kəpəz-2” komandasının 6 nömrəli futbolçusu Nemət Musayev təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Kəpəz-2” komandası 300 manat cərimə edilib.


“Kəpəz-2” – “Sumqayıt-2” oyununda “Kəpəz-2” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz-2” komandasına xəbərdarlıq edilib.


“Qarabağ-2” – “Araz-Naxçıvan-2” oyununun 1-ci dəqiqəsində “Qarabağ-2” komandasının 63 nömrəli futbolçusu Hacı İbrahim rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qarabağ-2” komandası 100 manat cərimə edilib.


“Qarabağ-2” – “Araz-Naxçıvan-2” oyunu bitdikdən sonra “Qarabağ-2” komandasının 45 nömrəli futbolçusu Nihad Mollayev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Qarabağ-2” komandası 200 manat cərimə edilib.


“Qarabağ-2” – “Araz-Naxçıvan-2” oyununun 65-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 84 nömrəli futbolçusu Amin Ağayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilib.


“Qarabağ-2” – “Araz-Naxçıvan-2” oyunu bitdikdən sonra “Araz-Naxçıvan-2” komandasının 54 nömrəli futbolçusu Fərid Tağıyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Araz-Naxçıvan-2” komandası 200 manat cərimə edilib.