AFFA Gənclər Liqasının qalibi müəyyənləşib.


Rekord.az xəbər verir ki, çempionun adına 26-cı turda aydınlıq gəlib.


“Sabah”ın U-19 komandası bu tur səfərdə “Zirə” ilə üz-üzə gəlib.


Binə qəsəbə stadionunda keçirilən matç birincilərin böyükhesablı qələbəsi ilə nəticələnib – 4:0.


"Sabah"ın qollarını Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev vurublar.

Xatırladaq ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu kollektiv ötən mövsümdə də çempionluğa nail olmuşdu.

Bu qələbə ilə xallarının sayını 89-a çatdıran komanda mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.