Kot-d’İvuar millisinin baş məşqçisi Emers Fae DÇ-2026-nın qrup mərhələsində Almaniya yığmasına məğlubiyyətə aydınlıq gətirib.


Rekord.az xəbər verir ki, mütəxəssis sözügedən matdçan sonra baş tutan sonra mətbuat konfransında bunları söyləyib:


"Oyunçularımla qürur duyuram. Təəssüf ki, matç içərisində bir neçə real qol vəziyyətini boşa verdik. Qarşılaşmanın əvvəlində üstünlüyü ələ almışdıq. Lakin Almaniya millisi böyük təcrübəyə malikdir. Oyunun gedişində taktiki cəhətdən müəyyən dəyişikliklər etdilər və üstünlüyü ələ keçirdilər".


Qeyd edək ki, Almaniya - Kot-d’İvuar matçı Bundestimin 2:1 hesablı qələbəsi ilə bitib.