Fildişi Sahili millisinin baş məşqçisi Emers Fae komandasının DÇ-2026-nın qrup mərhələsi matçında Almaniyaya məğlubiyyətini şərh edərək rəqibdən daha ədalətli oyun gözlədiyini bildirib.


Rekord.az xəbər verir ki, Fae Almaniyanı qələbə münasibətilə təbrik edib, lakin narazılığını gizlətməyib.


"Almaniyanı qələbə münasibətilə təbrik edirəm. Amma mən belə böyük bir ölkədən daha ədalətli oyun gözləyirdim", - o vurğulayıb.


Qarşılaşma 2:1 hesabı ilə Almaniya komandasının xeyrinə başa çatıb.