Paxıllıqları, tərbiyəsizlikləri, qorxaqlıqları yerə-göyə sığmayan ermənilər hər imkanda bizə sataşmaqla özlərini böyük bir zad hesab edirlər.

 

Rekord.az xəbər verir ki, “Qarabağ”ın avrokuboklardakı inamlı çıxışını həzm edən bilməyənlərin İngiltərə və Lüksemburqdakı stadionlarda özlərini hansı şəkildə biabır etdiklərini az qala bütün dünya gördü.

 

Təkbətək idman növlərində daim azərbaycanlı idmançıların qaşısında aciz qalan mənfur qonşularımızın gücü arxadan daş atmağa çatır. Çünki başqa cür mümkün deyil.
Əslində bu mövzuya bir neçə il əvvəl də toxunmuşduq. Lakin Ermənistanın futbol üzrə birinci divizionunda gördüyümüz mənzərə bizi yenidən “Lernayin Artsax” mövzusuna qayıtmağa məcbur etdi. Qısasa onu xatırladaq ki, internet qaynaqlarında 1927-ci ildə yaradıldığı yazılan və müxtəlif vaxtlarda “Dinamo”, “Artsax” və hətta “Qarabağ” adı ilə yarışlarda iştirak edən “Lernayin Artsax” 2005-ci ildə Ermənistan premyer-liqasında mübarizə aparıb. Lakin elə həmin ildəcə sonuncu pilləni tutaraq yarışı tərk edib. O dövrdə AFFA-ya rəhbərlik edənlər UEFA-ya müraciət edərək qondarma “Dağlıq Qarabağ Respublikası”nı belə bir komandanın təmsil etməsinin mümkünsüzlüyünu qeyd etmişdi. Odu ki, 2007-ci ildə fəaliyyətini dayandıran “Lernayin Artsax” bir müddət müddət gözə dəymədi. 2009-da artıq aşağı dəstədə xortladı, özü də Gorus təmsilçisi kimi. Ermənistan çempionatının ilk iki divizonunun iştirakçılarının siyahısına nəzər salanda 2010-17 aralığı üçün “Artsax” adında nəsə görmədik. Amma 2017/18 mövsümündə 1-ci dəstədə bu adı daşıyan komanda olub və mövsümün sonunda 65 xalla elitaya yüksəlib. İrəvanı təmsil edən bu komanda 9 iştirakçı arasında 8-ci yeri tutub. Elitadan getməyib və cari mövsüm ərəfəsində adını dəyişərək “Noah” olub. Eyni zamanda 1-ci dəstədə də “Lernayin Artsax” var. Düzdü, Gorus təmsilçisi kimi göstərilir, ev oyunlarını isə 1000 yerlik Sisyan stadionunda keçirir. Amma sabah bu komanda birinci dəstənin qalibi kimi elitaya yüksəlsə, orda da mükafatçılar sırasında yer alıb, avrokuboklarda iştirak imkanı qazansa, necə olacaq? Bunun üçün yeganə yol UEFA-ya müraciət etməkdi. AFFA rəhbərliyi Avropanın ali futbol qurumuna üz tutaraq tanınmayan, qondarma respublikanın adını daşıyan komandanın varlığını bildirməli və fəaliyyətini dayandırması üçün çalışmalıdı. Bəs AFFA-dakıların bu faktdan xəbəri varmı? İndiyə qədər məlum mövzuda hansısa cəhddə bulunublarmı? Məsələ ilə bağlı qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın fikirlərini öyrənmək istədikdə qurum rəsmisi bir qədər gözləməyi məsləhət gördü: “Bu, birbaşa mənim cavab verə biləcəyim sual deyil. Tutarlı cavab üçün Beynəlxalq Şöbə ilə danışmalıyam”.