
Əliyevli “Eqnatiya”dan inamlı qələbə
- 06 Mar 2025 10:30
- 157
Albaniyada ölkə çempionatının 28-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" evdə Tirana "Dinamo"su ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Əliyev 90+7-ci dəqiqədə əvəzlənib.
Hazırda "Eqnatiya" 52 xalla liderliyini davam etdirir.