Koronavirus pandemiyasına görə dayandırılan futbol üzrə Rumıniya çempionatında 2019/20 mövsümünün bərpa tarixi müəyyənləşib.

Rekord.az xəbər verir ki, sözügedən çempionat iyunun 12-də qaldığı yerdən davam etdiriləcək.

Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Qalan bütün oyunların azarkeşsiz keçirilməsi planlaşdırılır. Bərpadan sonra baş tutacaq oyunlardan 2-3 gün əvvəl isə bütün futbolçulardan koronavirus testi götürüləcək.

Xatırladaq ki, əksər Avropa ölkələrində olduğu kimi, Rumıniyada da futbol oyunları martın əvvəlindən bəri dayandırılmışdı.