Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.


Rekord.az xəbər verir ki, onun çıxış etdiyi "Radomyak" “Stal”ın qonağı olub.


Ekstraklasanın 33-ci turu çərçivəsində keçirilən qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Renat bu görüşün 72 dəqiqəsində meydana buraxılıb.


Sona bir tur qalmış “Radomyak” 41 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.