Futbol üzrə dünya çempionatında Çexiya - Cənubi Afrika Respublikası (CAR) ilə qarşılaşıb.


Rekord.az xəbər verir ki, Atlanta stadionunda keçirilən A qrupunun matçında qalib müəyyənləşməyib - 1:1.


Avropalıların heyətində Mixal Sadilek 6-cı dəqiqədə çexiyalı azarkeşləri ayağa qaldırıb. 83-cü dəqiqədə isə Teboho Mokoena penalti zərbəsini dəqiq yerinə yetirərək CAR yığmasına 1 xal qazandırıb.


Bu qrupun digər oyununda saat 05:00-da Meksika Cənubi Koreya ilə üz-üzə gələcək.