"Xankəndi" komandasının baş məşqçisi İbrahim Uzunca AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün qalibi olmaları ilə bağlı AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.


Rekord.az xəbər verir ki, türkiyəli mütəxəssis bunları söyləyib:


"Mövsümün əvvəlindən qarşımıza kuboku işğaldan azad olunan torpaqlara hədiyyə etmək hədəfini qoymuşduq. Bunu bacardığımız üçün çox xoşbəxtik. Bu yolda çox əziyyət çəkdik. İldən-ilə hədəflərimizi böyütmək istəyirik. Uğurlu çıxışı gələn mövsüm 2-ci Liqada da davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Təbii ki, bundan ötrü heyətimizi gücləndirməliyik".