Bundesliqada transfer pəncərəsinin vaxtı açıqlandı
- 2020-06-30 19:20
- 654
Almaniya futbolunda yay transfer pəncərəsi dövrünün açılış və bağlanış vaxtı bilinib.
Rekord.az xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Almaniyada transfer dövrü iyulun 15-də başlanacaq və oktyabrın 5-nə qədər davam edəcək.
Almaniya Bundesliqasında cari mövsümə yekun vurulub və çempion “Bavariya” klubu olub.