Bu komanda Zaqatalaya köçür
- 13:00
- 79
Azərbaycanda daha bir komanda məkanını dəyişir.
Rekord.az xəbər verir ki, söhbət "Şəki Siti"dən gedir.
Şəki stadionunda şərait yaxşı olmadığı üçün bu bölgənin təmsilçisi qonşu Zaqatalaya köçməyə qərar verib. 2026-cı ildən etibarən "Şəki Siti" rəqiblərini Zaqatala Olimpiya İdman Kompleksində qəbul edəcək.