“Bu gün iki xal itirdik” - Sxadadze
- 19:43
- 37
“Qəbələ” bu gün Misli Premyer Liqasının 22-ci turunda “Karvan-Yevlax”ı qəbul edib.
Rekord.az xəbər verir ki, 1:1 hesabı ilə yekunlaşan matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı keçirilib. Gürcü çalışdırıcı bu gün iki xal itirdiklərini bildirib:
“Bu gün iki xal itirdik. Çoxlu qol vəziyyətləri yaratdıq, yararlana bilmədik. Sadə epizodlardan qollar buraxıb, sonra da rəqibi qovalamağa başlayırıq. Həddindən artıq çox epizodlarımız oldu. Sadəcə, demək istəyirəm ki, belə asan qollar buraxmamalıyıq. Bəxt amili di rol oynadı.
Əvvəlki oyunda da (“Sumqayıt”la matçda) penaltini Seydina Keyta vurmalı idi. Sadəcə, həmin anda Ba Loua topu götürüb vurmaq istədi. Futbolçu buna belə inamlı yanaşırsa, həmin anda müdaxilə etmək istəmədik. Bizim ştatlı penalti vuranımız Keytadır.
Ba Loua qış hazırlıq dövrünü bizimlə keçirmədi. Sənədlə bağlı problemləri var idi. Dediyim kimi, hazırlıqda bizimlə olmadı. Son ötürmələrdə dəqiqliyi çatışmır. Üzərində çox çalışır. İnanıram ki, formaya düşəcək. Bizim üçün önəmli oyunçudur.
Akinade əvvəlki oyunlarda zəif çıxış etdiyi üçün heyətə düşməmişdi. Bəzən onun çıxışında eniş yaşanır, həm də oruc tutur.
Erkən əvəzetmədə səbəb, taktiki dəyişiklik idi”.