“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 22-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib. 


Rekord.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçə haqda bunları deyib:


"Bu gün qol imkanlarımız oldu. Sadəcə olaraq onları vura bilmədik. Rəqib bir dəfə də qapımıza zərbə vura bilmədi. Bu gün 2 xal itirdik.


Futbolçuların fiziki vəziyyətləri qaneedicidir. Kubok matçına hazırlaşacağıq. Məşqlərdə bunun üzərində işləyirik. Fikirləşirəm ki, oyunlarda problemi aradan qaldıracağıq”.