Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman Kot-d’İvuar millisinə qarşı keçirdikləri oyunu şərh edib.


Rekord.az xəbər verir ki, o, DÇ-2026-nın oyunundan sonrakı mətbuat konfransında qazandıqları qələbə ilə bağlı bunları söyləyib:


"Nəticəyə görə çox sevincliyəm. Vacib qalibiyyətə görə futbolçularımı artıq təbrik etdim. Kot-d’İvuar üzərində qazanılan 3 xal çox önəmli idi. Komandamızda yaxşı birlik var. Gördüyümüz kimi, əvəzetmədən oyuna daxil olan futbolçular da komandaya xeyir verə bilirlər. Bu, uğurun açarıdır".


Qeyd edək ki, Almaniya - Kot-d’İvuar matçı Bundestimin 2:1 hesablı qələbəsi ilə bitib.