“Braziliya millisi ilə qarşılaşmağımız bəxtsizlik idi”
- 15:15
- 33
Haiyi yığmasının DÇ-2026-da Braziliya ilə qarşılaşması bəxtsizlikdir.
Rekord.az xəbər verir ki, bunu Haiti millisinin baş məşqçisi Sebastyan Minye mundialın qrup mərhələsində Braziliya yığmasına qarşı keçirilən II turun oyunundan sonra deyib.
Mütəxəssis uduzduqları qarşılaşmanı şərh edib:
"Braziliya millisi ilə qarşılaşmağımız bəxtsizlik idi. Sonuncu dəfə dünya çempionatında iştirak etməyimizdən 52 il keçib və bunu nəzərə almalıyıq. Futbolçularımız da burada olmağa layiq olduqlarının fərqindədirlər. Çox yaxşı oyun planımız var idi, lakin ilk su fasiləsindən sonra etdiyimiz səhvlər və top itkiləri bizə baha başa gəldi".
Qeyd edək ki, Braziliya Haiti seçməsini 3:0 hesabı ilə məğlub edib.