Böyükhesablı qələbələr turu
- 20:30
- 34
Bu gün futzal üzrə Yüksək Liqada 12-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, turun ilk oyununda hesabı açan “Şuşa” olsa da, “Araz-Naxçıvan” yekunda darmadağına sevinib.
Lider “Neftçi” U-19-a şans verməyib. Fasiləyə qədər 7 cavabsız qol vuran “ağ-qaralar” ikinci hissədə də üstünlüyünü artırıb. “Baku Fire” turun son matçında autsayder “Lənkəran”la üz-üzə gəlib. Gözlənildiyi kimi, görüş medallar uğrunda mübarizə aparan nominal qonaqların xeyrinə başa çatıb.
Şuşa – Araz-Naxçıvan 5:12
Qollar: Rüstəm Bağırov, 0:30, Ümid Qəhrəmanov, 19:40, Sadeg Javiditavar, 23:14, 29:33, Qüdrət Qasımzadə, 32:00 - Jean Karlos, 15:00, Ədalət Ələkbərov, 16:20, 24:18, 24:47, Jean Perruzo, 18:43, 31: 57, Elan Delon, 22:43, Alleks Rezende 23:49, 37:53, Felipe, 27:22, 28:15, Ülvi Əliyev, 36:10.
U-19 – Neftçi İK 0:16
Qollar: Fərid Atakişiyev, 7:47, 16:18, 27:13, Qustavo Rodrigues, 10:12, 12:02, 24:25, İaqo Henrique, 10:48, 30:41, Leonildo Rodrigues, 12:47, Lukas Ramos, 14:08, 20:21, 33:48, 36:49, Nihad İsmayılov, 27:03, Kərim İbrahimov, 39:33, Bəyoğlan Vəlizadə, 39:57.
Lənkəran – Baku Fire 3:8
Qollar: Murad Quluzadə, 4:29-öz qapısına, Arzu Abbasov, 17:32, Rasim Əhmədov, 37:43 // Həsənəli Rəhimov, 2:20, Fərid Abbasov, 4:11, Ramazan Atakişiyev, 11:10, Murad Quluzadə, 22:09, Azər Manafov, 24:53, 27:30, 38:31, Məhəmməd Abbasov, 37:00.