"Araz Naxçıvan"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə "Şamaxı" üzərindəki qələbə və avrokuboklara vəsiqə ilə bağlı fikirlərini bölüşüb.

Rekord.az- açıqlamasında o, bunları deyib: "İlk iki dövrəni yaxşı keçirdik. Açıq danışsaq, məhz həmin dönəm topladığımız xalların hesabına yüksək yerlərdə qərarlaşa bildik. Qışdan sonra isə komandada bir az düşüş oldu. Bu da zədələlilərin həddindən artıq çox olması ilə bağlıdır. Uzun müddətli zədəlilərimiz çox oldu. Şükürlər olsun ki, yekunda avrokuboklara vəsiqə qazana bildik. "Şamaxı" ilə oyun bilirdik ki, bizim üçün çox çətin olacaq.Amma kiminsə ümidinə qalmaq istəmirdik. istəyiridk öz işimizi özümüz həll edək. Bu mənada meydançaya 1 xal üçün yox. qələbə üçün çıxmışdıq. Ümumi götürdükdı mövsümü "Araz Naxçıvan" üçün uğurlu hesab etmək olar. Çünki tarixində ilk dəfə medal və avrokuboklara vəsiqə qazandı".


Naxçıvan təmsilçisi ilə müqaviləsi başa çatan futbolçu burada qalıb-qalmayacağı ilə bağlı suala belə cavab verdi: "Yeni müqavilə ilə bağlı hələ ki, danışıqlarımız olmayıb. Yəqin ki, yaxın günlərdə bu məsələyə də aydınlıq gələcək".