"Bavariya" futbolçusu Camal Musiala ilə müqavilənin müddətini uzadıb.

Rekord.az "Bild"ə istinadən xəbər verir ki, bu gün 18 yaşını qeyd edən yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə imzalanıb.

O, yeni sözləşmə ilə ilinə 5 milyon avro qazanacaq.

Qeyd edək ki, Musiala bu mövsüm Bundesliqada çıxdığı 16 matçda 3 qol vurub.