İspaniyanın “Barselona” klubunun qapıçısı Mark-Andre ter Ştegen əməliyyat olunub.

Rekord.az xəbər verir ki, almaniyalı qolkiper Fransada belindən əməliyyat keçirib.

Ağrılar səbəbindən komandanın son 3 oyununu buraxan 31 yaşlı futbolçunun təxminən 2-3 aydan sonra yaşıl meydançalara qayıdacağı açıqlanıb. Həkimlər onun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə qədər sıraya dönməsinə çalışırlar.

Çempionlar Liqasında 1/8 final mərhələsinə 2024-cü il fevralın 13-14-də keçiriləcək oyunlarla start veriləcək.