“Barselona” ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Samuel Umtiti zədələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransalı müdafiəçinin sol dizindəki ağrılardan əziyyət çəkdiyi bildirilir.

26 yaşlı futbolçunun bir müddət komandasına kömək edə bilməyəcəyi açıqlanıb. Hazırda onun müalicə olunduğu bildirilir. Lakin futbolçunun sıraya nə vaxt dönəcəyi hələlik bilinmir.

Qeyd edək ki, son aylarda bir neçə dəfə zədələnən Umtiti bu mövsüm La Liqada cəmi 13 oyunda iştirak edib.