Məlum olduğu kimi, "Kəpəz"in futbolçusu Cefferson Bentu qış fasiləsindən sonra Gəncə klubunun düşərgəsinə qayıtmaqdan imtina edib.

Rekord.az xəbər verir ki, klub onu çox dilə tutsa da, yola gətirə bilməyib.

Səbəbi haqda hələ bu günə kimi dəqiq bilgi yoxdur. Bizə daxil olan son məlumata görə, səbəb yaşayış yeri ilə bağlıdır. Belə ki, futbolçu Bakıda yaşamaq istəyir. Rəhbərlik isə bildirib ki, bütün legionerlər Gəncədə qalmalıdır. Bentu isə Gəncədə darıxdığı üçün geri qayıtmaqdan imtina edib.