AFFA-nın təşkilatçılığı ilə qurumun Təhsil və Reabilitasiya mərkəzində UEFA fitnes məşqçilik kursunun (B kateqoriyası səviyəsində) I mərhələsi başlayıb.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iki gün davam edəcək ilkin mərhələnin məşğələləri UEFA-dan dəvət olunan təlimatçı Frits Şmitd, AFFA-nın Təhsil proqramının rəhbəri Aslan Kərimov və AFFA-nın məşqçi kurslarının təlimatçısı Osman Rəhimovun iştirakı ilə keçirilir.

Kurs pilot layihədir və fasilələrlə 2024-cü ilin avqustuna qədər davam edəcək.