
“Bahar turniri”nə start verildi
- 19 May 2025 18:20
- 36
AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyətlilər arasında futzal üzrə “Bahar turniri”nə start verilib.
Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən açılış mərasimindən sonra 3 oyun keçirilib.
Turnirin ilk günündə qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:
Bakı – Azəri – 1:6
Zirvə - Şimşək – 3:3
Azəri – Ümid – 1:3
“Bahar turniri”nə mayın 21-də yekun vurulacaq.