Qadınlardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litva yığmasına qarşı keçiriləcək ev oyunu üçün ilkin heyəti müəyyənləşib.


Futbolinfo.az xəbər verir ki, millimiz mayın 20-də Bakıda təlim-məşq toplanışına başlayacaq.


Yekun heyət mayın 25-də açıqlanacaq.


Siyasət Əsgərovun yetirmələri C Liqasının 4-cü qrupu çərçivəsində mayın 30-da, saat 18:00-da, Bayıl stadionunda Litva yığması ilə qarşılaşacaq.


Milliyə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:


1. Aytac Şərifova - Hakkarigücü (Türkiyə)

2. Nərgiz Əliyeva - Fatih Vətən (Türkiyə)

3. Günay İsmayılova - Neftçi

4. Mehriban Şahməmmədova - Neftçi

5. Nigar Mirzəliyeva - Zenit (Rusiya)

6. Manə Mollayeva - Neftçi

7. Fidan Cəfərova - Neftçi

8. Yeliz Acar - Fatih Vətən (Türkiyə)

9. Kamilla Məmmədova - Okjetpes (Qazaxıstan)

10. Vüsalə Seyfəddinova - Neftçi

11. Firəngiz Teymurova - Neftçi

12. Nazlıcan Parlak - Qalatasaray (Türkiyə)

13. Coşqunə Əliyeva - Neftçi

14. Sevinc Cəfərzadə - Krasnodar (Rusiya)

15. Ayşən Əhmədova - Ünyespor (Türkiyə)

16. Alina Dorofeyeva - Rubin (Kazan, Rusiya)

17. Diana Məmmədova - Rubin (Kazan, Rusiya)

18. Milana Rəhimova - Ünyespor (Türkiyə)

19. Ayşən Salamzadə - Neftçi

20. Xanım Əsədova - Neftçi

21. Aysun Muradova - Gölbaşı Belediye Spor (Türkiyə)

22. Alina Nəhmədova - Neftçi

23. Peritan Bozdağ - Fatih Vətən (Türkiyə)

24. Esra Manya - Fatih Vətən (Türkiyə)

25. Mədinə Curuqova - Neftçi

26. Röya Əliyeva - Sumqayıt

27. Məhsumə Nəzərli - Neftçi

28. Aydan Əkbərova - Baku Juniors

29. Aysu Əsədova - Sabah