Azarkeşləri “Neftçi” və “Kəpəz”i ziyana saldılar
- 14:40
- 29
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, Misli Premyer Liqasının 20-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“İmişli” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “İmişli” komandasının 9 nömrəli futbolçusu Dioqo Almeyda hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “İmişli” komandası 2500 manat cərimə edilib. Oyundan əvvəl, fasilədə, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” komandası 2500 manat cərimə edilib. “Qarabağ”ın futbolçusu Kadi Borqes ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb, “Qarabağ” 1000 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 6000 manat cərimə edilib.
“Kəpəz” – “Neftçi” oyununun 71-ci dəqiqəsində “Kəpəz” komandasının 27 nömrəli futbolçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb, “Kəpəz” komandası 1000 manat cərimə edilib. “Kəpəz”in azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 8000 manat cərimə edilib. “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Araz-Naxçıvan” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilib. “Sumqayıt”ın futbolçusu Aleksandr Ramalinqom təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyun cəza alıb, “Sumqayıt” komandası 3000 manat cərimə edilib. “Sumqayıt”ın azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 6000 manat cərimə edilib.