
“Ayaks” baş məşqçisi ilə yollarını ayırdı
- 17:20
- 40
"Ayaks" baş məşqçisi Frençesko Farioli ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
36 yaşlı mütəxəsisin klubu tərk etməyə qərar verdiyi bildirilib. O, bu barədə İdarə Heyətini məlumatlandırıb.
Farioli 2024-cü ilin mayında 3 illik müqavilə imzalamışdı. "Ayaks" cari mövsüm ölkə çempionatını 78 xalla ikinci pillədə başa vurub. Komanda çempion PSV-dən 1 xal az toplayıb.