
Avroliqada mövsümün ən yaxşı futbolçusu açıqlandı
- 22 May 2025 23:30
- 31
Avropa Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb.
Rekord.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ən yaxşı futbolçu adına İngiltərənin "Tottenhem" komandasından Kristian Romero layiq görülüb.
"Tottenhem" ötən gün "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edərək Avropa Liqasının qalibi olub.