Qadın voleybolçuların Avropa çempionatında yarımfinal oyunları başa çatıb. "Rekord.az" xəbər verir ki, bu gün İstanbulda iki 1/4 final qarşılaşması keçirilib.

İlk olaraq meydana Polşa və Niderland komandaları çıxıblar. Gərgin keçən görüşdə Polşa 3:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. 
1/4 final mərhələsinin son oyununda isə Almaniya və Türkiyə yığmaları üz-üzə gəliblər. Bu matçda isə meydan sahibi Türkiyə 3:1 hesabı ilə qələbə qazanıb və yarımfinala yüksəlib.
Sentyabrın 5-də keçiriləcək yarımfinalda İtaliya millisi Polşa ilə, Serbiya yığması isə Türkiyə ilə qarşılaşacaq. 

Avropa çempionatı
3 sentyabr
1/4 final
   Polşa - Niderland 3:1 (25:16, 20:25, 25:20, 25:23)
   Almaniya - Türkiyə 1:3 (18:25, 25:22, 18:25, 22:25)