Hüquqşünas Aslan İsmayılovun Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) ünvanladığı sorğuya hələ cavab verilməyib.

Rekord.az xəbər verir ki, bu barədə fanat.az-a hüquqşünasın özü məlumat verib.

“Hələ cavab gözləyirəm. Mən sorğuda konkret suallar qoymuşam. Buyurub cavab versinlər”, - deyə Aslan İsmayılov bildirib.

Hüquqşünas həmçinin AFFA ilə məhkəmə çəkişməsinə də toxunub. Onun sözlərinə görə, proses noyabrın 10-da keçiriləcək.

Aslan İsmayılov sosial şəbəkədə AFFA rəhbərliyini sərt tənqid edib. Qurum isə hüquqşünası böhtanda ittiham edərək məhkəməyə verib.