
Arda Turan istefasını açıqladı
- 10:00
- 27
"Eyüpspor"un baş məşqçisi Arda Turan klubdan ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə mütəxəssis Super Liqanın 37-ci turunda "Antalyaspor"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bildirib:
"Bu, mənim "Eyüpspor"dakı sonuncu oyunum idi. Komandanın baş məşqçi postundan ayrılıram. 3-4 seçim şansım var, qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcək".
Xatırladaq ki, Arda Turan 2023-cü ildən "Eyüpspor"u çalışdırırdı.