"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub.


Rekord.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.


Bu posta Cavid Hüseynov təyin edilib. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.


Futbolçu kimi müxtəlif illərdə "Turan", MOİK, "Olimpik", "İnter", "Neftçi", "Bakı", "Qəbələ", "Zirə", Türkiyənin "Adana Dəmirspor" klublarının, həmçinin Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinmiş C.Hüseynov məşqçi kimi "Şamaxı" klubunda fəaliyyətə başlayıb.


"Cəbrayıl", "Turan Tovuz" klublarında da çalışmış 38 yaşlı mütəxəssis bir müddət "Səbail"in də baş məşqçisi olub.