AFFA Azərbaycan milli komandasının Türkiyə yığması ilə 27 may 2021-ci il tarixdə nəzərdə tutulmuş yoxlama oyunu ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edib.

Rekord.az xəbər verir ki, müraciətdə Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun təqvimində müvafiq dəyişiklik etmək xahiş olunub.

Azərbaycan milli komandasının mənafeyini, bu yoldaşlıq görüşünün iki ölkə arasındakı dostluq və qardaşlıq baxımından vacib olduğunu nəzərə alan PFL aşağıdakı dəyişiklikləri həyata keçirib.

Azərbaycan Premyer Liqası
27-ci tur

14 may

28-ci tur
19 may

Azərbaycan Kuboku
Final

24 may