AFFA nümayəndələri UEFA-nın seminarında
- 16:40
- 34
24-25 fevral tarixlərində Albaniyanın paytaxtı Tiranada UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda regional seminar keçirilib.
Rekord.az xəbər verir ki, seminarda AFFA-nın Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları - departamentin rəisi Seymur Səlimli, Lisenziya şöbəsinin baş mütəxəssisi Aynur Abdullayeva və aparıcı mütəxəssisi Nərmin Sidaliyeva iştirak ediblər.
Seminar zamanı aşağıdakı mövzular müzakirə olunub:
• UEFA-nın çoxklublu mülkiyyət tələbləri və onların tətbiqi
• Avropa Futbol mühiti
• Yerli maliyyə monitorinqi
• Hüquqi qrup strukturu və hesabat perimetri
• UEFA həmrəylik mexanizmi və klub lisenziyalaşdırılması