Növbəti mövsüm büdcə ilə bağlı veriləcək qərarı gözləyən “Qəbələ” eyni zamanda AFFA-dan da cavab gözləyir.

Rekord.az xəbər verir ki, çətin durumda olan bölgə təmsilçisi federasiyadan da maddi dəstək umur və bunu açıq şəkildə dilə də gətiriblər.

Hətta klubun prezidenti Fariz Nəcəfov məsələ ilə bağlı Elxan Məmmədovla da görüşmək istəyir. Lakin bizə çatan məlumata görə, AFFA hələlik “Qəbələ”yə yardım məsələsində “hə” deməyə tələsmir.  Odur ki, məsələ hələ də açıq qalır.