Bu yaxınlarda yeni futbol akademiyası fəaliyyətə başlayan “Turan Tovuz” Premyer Liqada oynayacağına da ümid edirdi.

Lakin Rekord.az-a daxil olan məlumata görə, bu ümidlər boşunadır.

Belə ki, klub rəhbrliyi bu yaxınlarda AFFA ilə əlaqə saxlayıb, elitada oynamaq şansları haqda soruşublar. Verilən cavab isə ürəkaçan olmayıb. Federasiyadan bildirilib ki, bu haqda indidən hansısa söz demək çox çətindir. Çünki SOCAR-da yoxlamalar aparıldığından AFFA bir müddət əlavə vəsait əldə edə bilməyəcək.